DÜNYA

Vergi islahatlarına başlanılır
15 APREL
118

Vergi islahatlarına başlanılır

2019-04-15 14:34:00

Beynəlxalq Valyuta Fondunun nümayəndəsinin məruzəsinə əsasən, İran hökuməti öz gəlir bazasını ümumi daxili məhsulun 7 %-dən  10 faizə qaldırmaq üçün bir sıra vergi islahatları aparmağı planlaşdırıb.Fins.az-ın məlumatına görə,  BVF-nin açıqlamasında bildirilib ki, İran vergi bazasını genişləndirməli, inzibatçılığı təkmilləşdirməli, eləcə də aksiz vergilərinin əhatə dairəsini artırmalı və bu verginin dərəcəsini qaldırmalıdır. BVF-nin mövqeyinə görə, əlavə dəyər vergisinin qaldırılması 2018-2019-cu il üzrə korporativ vergi güzəştlərinin tətbiqi, eləcə də fərdi gəlirlərdən tutulan verginin dərəcəsinin azaldılması sayəsində itirilmiş gəlirlərin kompensasiya edilməsinə şərait yaradacaq. BVF-nin məruzəsində deyilir ki, İran öz vergi orqanını yenidən təşkil etməli və vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə ciddi əməl olunması səviyyəsinin yüksəldilməsi məqsədilə risklərin idarə edilməsi bölməsini yaratmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266