DÜNYA

Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb
13 APREL
92

Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb

2019-04-13 10:52:00

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.

Fins.az xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 3 ədəd azalaraq 1022 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 14 ədəd çoxdur.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd çoxalaraq 833 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayı 18 ədəd artıb.

Aktiv qaz qazma qurğularının sayı da 5 ədəd geriləyərək 189 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 3 ədəd azalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

 

Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266