DÜNYA

Avropa İttifaqı liderləri və İngiltərə Brexit-in bu tarixə qədər ertələnməsi üçün razılığa gəliblər
12 APREL
222

Avropa İttifaqı liderləri və İngiltərə Brexit-in bu tarixə qədər ertələnməsi üçün razılığa gəliblər

2019-04-12 16:26:00

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa İttifaqı liderləri ilə Brexit - İngiltərənin Aİ-dən çıxmasının 31 oktyabra qədər təxirə salınması məsələsində razılığa gəldiklərini bildirib.Fins.az-ın məlumatına görə,  Avropa İttifaqı İngiltərədən başqa digər 27 ölkəsinin lideri 5 saat davam edən zirvə görüşünün nəticəsində razılıq əldə olunub.Tusk Avopa İttifaqı  liderlərinin zirvə görüşündən sonra verdiyi açıqlamada ertələmənin "şərti" olduğunu və iyun ayında qərara yenidən baxılacağını bildirib.

Donald Tusk "ingilis dostlarıma mesajım budur: Xahiş edirəm, verilmiş vaxtı hədər etməyin" deyib.Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker də Tuskla birgə keçirdikləri mətbuat konfransında İngiltərənin bu vaxt ərzində Aİ üzvü olmağa davam edəcəyini, amma bəzən İngiltərə xaric digər 27 üzv ölkələrin öz aralarında iclaslar edə biləcəyini söyləyib.Juncker İngiltərənin 23-26 mayda keçiriləcək Avropa Parlamenti seçkilərində iştirak edə biləcəyini deyib.

Seçkilərdə bütün Avropa ölkələri vətəndaşları iştirak edə bilərlər.İngiltərənin baş naziri Theresa May Brexit-i təxirə salmaq qərarından sonra verdiyi açıqlamada AVropa İttifaqı ilə keçən il gəldikləri razılığın İngiltərə parlamentindən yetərli səs toplayıb mümkün qədər tez bir zamanda Aİ-dən ayrılmağın yollarını axtaracaqlarını söyləyib.May bu qərarla İngiltərənin oktyabrdan əvvəl də Aİ-dən ayrılmanın mümkün olduğunu bildirib və "Mayın ilk 3 həftəsində razılıq parlamentdən keçsə, Avropa Parlamentinin seçkilərində iştirakımıza gərək qalmayacaq" deyib.

İngiltərə baş naziri May bu gün parlamentdə razılaşma ilə bağlı hesabat verəcək.İngiltərədə hakim Mühafizəkarlar Partiyası və müxalif İşçi Partiyası arasında Brexit müzakirələri davam edir.Baş nazir May aprelin 5-də Aİ Şurasının prezidenti DOnald Tuska məktub göndərərək, Brexit-in iyunun 30-dək təxirə salınmasını istəyib.Aİ daha əvvəl də İngiltərənin təxirəsalma tələbini qəbul edərək Brexit müzakirələrini martın 29-dan aprelin 12-nə keçirmişdi.Ancaq İngiltərə Parlamentinin Theresa May-ın Aİ ilə daha əvvəlcə gəldiyi Brexit razılaşmasını 3-cü dəfə rədd etməsinə görə, proses dayanmışdı.

Millətvəkilləri daha sonra May-ın anlaşmasına alternativ Gömrük İttifaqında qalmaq kimi planlara səs versələr də, heç bir plan "Avam Kamarası"nda çoxluğun dəstəyini almayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272