DÜNYA

Vergi sahəsində ölkələr arasında transfer qiymətləndirmə sistemiylə bağlı yeni qərar
12 APREL
85

Vergi sahəsində ölkələr arasında transfer qiymətləndirmə sistemiylə bağlı yeni qərar

2019-04-12 08:56:00

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Çilinin paytaxtı Santyaqo şəhərində keçirdiyi vergi inzibatçılığına həsr olunmuş forumda genişləndirilmiş beynəlxalq uyğunluq üzrə pilot proqramı dəstəklədiyini bəyan edib. Fins.az-ın məlumatına görə, 46 ölkənin təmsil olunduğu forumda, həmçinin, audit üzrə birgə təlimat ictimaiyyətə təqdim edilib, eləcə də transfer qiymətləndirmə üzrə təkmilləşdirmə aparılmasının nəzərdə tutulduğu bildirilib. Forumda iştirak edən vergi məmurları vergi risklərinin qiymətləndirilməsinin daha ardıcıl aparılması üçün birgə işləmək barədə öhdəlik götürüblər. Bildirilib ki, transfer qiymətləndirmə sahəsində standart vəziyyətlər üçün etalonların istifadəsi və mübadiləsi imkanları öyrənilir.

İştirakçılar "Birgə audit 2019 – vergi əməkdaşlığının genişləndirilməsi və vergi etibarlılığının yüksəldilməsi" adlı nəşri təqdim etməklə birgə yoxlamalar sahəsində işlərdə irəliləyiş əldə ediblər. Hazırda qiymətləndirmə üzrə ilkin sazişin təkmilləşdirilməsi və ondan daha geniş istifadə, eləcə də vergi sazişlərində qarşılıqlı razılaşma proqramlarının hazırlanması üzərində iş aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266