DÜNYA

OPEC ölkələrindən neft hasilatını ən çox Səudiyyə Ərəbistanı və Venesuela azaldıb
11 APREL
95

OPEC ölkələrindən neft hasilatını ən çox Səudiyyə Ərəbistanı və Venesuela azaldıb

2019-04-11 16:36:00

Martda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 550 min barrel azalaraq sutkada 30 milyon 130 min barrelə çatıb.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 570 min barrel təşkil edib. Bununla da, martda OPEC üzrə ümumi istehsal sutkada 35 milyon 700 min barrel olub.

Hesabat ayında OPEC üzrə hasilat artımı ən çox Liviyada baş verib. Bu ölkənin neft istehsalı 200 min barrel artımla sutkada 1 milyon 100 min barrel təşkil edib.

OPEC-ə üzv ölkələr arasında ötən ay neft hasilatını ən çox azaldan ölkələr Səudiyyə Ərəbistanı və Venesuela olub. Səudiyyə Ərəbistanının istehsalı 320 min barrel azalaraq sutkada 9 milyon 820 min barrelə düşüb. Venesuelanın neft hasilatı isə 970 min barrel geriləyərək gündəlik 870 min barrel olub.

 

Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266