DÜNYA

Amerika bu ölkəyə qarşı sanksiyaların müddətini yenə uzadıb
11 APREL
167

Amerika bu ölkəyə qarşı sanksiyaların müddətini yenə uzadıb

2019-04-11 15:51:00

ABŞ prezidenti Donald Tramp 2010-cu ildə somaliyə qarşı tətbiq edilən və 2012-ci ildə Barak Obamanın administrasiyası tərəfindən genişləndirilən sanksiya rejiminin müddətini uzadıb.Fins.az xəbər verir ki, məlumatda  qeyd edilir ki , 2010-ci ildə Somaliyə qarşı "fövqəladə vəziyyət" rejimi ölkədə təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi və davam edən zorakılıq, Somali sahilləri yaxınlığında piratçılıq və silahlı soyğunçuluq aktları səbəbindən tətbiq edilib: "2012-ci ildə "Aş-Şabab" qruplaşmasının əsas gəlir mənbələrindən biri olan kömür ixracının, büdcədən oğurluqların və Somalinin mülki əhalisinə qarşı bəzi zorakılıq aktlarının qarşısının alınması üçün ABŞ prezidentinin fərmanı ilə sanksiyalar genişləndirilib".

Sənədin mətnində xüsusi vurğulanıb ki,  Somalidəki vəziyyət Birləşmiş Ştatların milli təhlükəsizlik və xarici siyasəti üçün xüsusi və fövqəladə təhlükə yaratmaqdadır və sanksiyalar rejimi bir il müddətinə uzadılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271