DÜNYA

Bu ölkədə 2020-ci ildə "tax free" üzrə elektron çeklər tətbiq olunacaq
11 APREL
99

Bu ölkədə 2020-ci ildə "tax free" üzrə elektron çeklər tətbiq olunacaq

2019-04-11 10:04:00

Maliyyə Nazirliyinin hazırladığı qanun lahihəsində qeyd olunub ki, xarici vətəndaşlara Rusiya Federasiyasının ərazisində ödədikləri əlavə dəyər vergisini qaytarmağa imkan verən "tax free" sistemində elektron çeklər 2020-ci ilin iyul ayından tətbiq oluna bilər. Fins.az-ın məlumatına görə, sənədlə bağlı materiallarda göstərilir: "Qanun layihəsində xarici ölkə vətəndaşları olan fiziki şəxslərin ödədikləri əlavə dəyər vergisinin qarşılığı olaraq kompensasiya almaları üçün onların mal aldıqlarını təsdiq edən sənədin elektron formada verilməsi nəzərdə tutulur".

Bundan əlavə, qanun layihəsində göstərilib ki, "tax free" sisteminin iştirakçısı olan mağaza ilə Federal Vergi Xidməti və Federal Gömrük Xidməti arasında elektron sənəd dövriyyəsi təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266