DÜNYA

Araz Ağalarov:“Nə olsun ki, dünən dolların kursu 67 idi, bu gün olub 65-axı nə fərqi var?..”
11 APREL
2861

Araz Ağalarov:“Nə olsun ki, dünən dolların kursu 67 idi, bu gün olub 65-axı nə fərqi var?..”

2019-04-11 10:01:00

Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarov Rusiya iqtisadiyyatında baş verən proseslər haqda “Komsomolskaya Pravda”ya danışıb.Fins.az- məlumat verir ki, milyarder-oliqarx hazırda Rusiya iqtisadiyyatında və rublun məzənnəsində “stabilləşmə getdiyini” deyib.

-Araz İsgəndəroviç! Həmişə olduğu kimi belə təşviş var-dolların məzənnəsi dünən 65 rubldan aşağı düşüb. Və avro ilə bağlı rəqəmlər də yaxşı deyil.

-Təşviş nəyə görədir? İnsanlar bundan narahat olur?

-Bəs necə, bəlkə yastığın altından valyutanı çıxarıb dəyişsinlər? Hələ üstəlik Mərkəzi Bank da gündəlik dollar alışını 25 faiz azaldıb. Əgər 50 faiz azaltsa lap betər olacaq. Dollarları insanlar nə etsinlər?

-Xalq “dollarları nə edək” haqda düşünməli deyil, sabahkı həyatları, iqtisadiyyatın necə inkişaf edəcəyi haqda düşünməlidir.

-İqtisadiyyat necə olacaq?

-İqtisadiyyat ardıcıl templə inkişaf edir. Bu-rublun məzənnəsinin sabitləşməsi adlanır. Ümumən iqtisadi göstəricilər yaxşıdır. Sanksiyalara baxmayaraq Qərb investorları Rusiyada qiymətli kağızlara və səhmlərə yatırımlar edir. Nə olsun ki, dolların məzənnəsi dünən 67 idi, bu gün oldu 65,-axı nə fərqi var? Bizim xalq istənilən halda təcrübəlidir. O, yığdığı pulun yarısını valyutada, yarısını rublda saxlayır, bir qayda olaraq. Məzənnə qalxır, yaxud düşür, bundan asılı olmayaraq balansı saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266