DÜNYA

Türkiyədə soğanın qiyməti yenidən rekord həddə bahalaşıb
09 APREL
326

Türkiyədə soğanın qiyməti yenidən rekord həddə bahalaşıb

2019-04-09 15:20:00

Türkiyədə soğan idxalına qoyulan gömrük vergisinin ləğvi aprel ayının 30-dək uzadılıb. Hökumət bununla son aylar ölkədə hiss olunan soğan böhranının qarşısını almaq niyyətindədir.Fins.az-ın məlumatına görə, həyata keçirilən tədbirlərə baxmayaraq, Türkiyənin bəzi bölgələrində soğanın kiloqramının 10 lirəyə qədər bahalaşdığı bildirilir.Bu ilin ilk iki ayında Azərbaycandan Türkiyəyə soğan ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artıb. Ötən ilin yanvar və fevral aylarında qonşu ölkəyə 1200 ton soğan ixrac olunmuşdusa, bu ilin ilk iki ayında həmin rəqəm 7300 tona çatıb. Nəticədə, Azərbaycanda da bu kənd təsərrüfatı məhsulunun qiyməti yüksəlib. Ötən il Türkiyədə 68 faiz bahalaşan soğanın mart ayında əlavə məhsul ixracı və tənzimləmə ilə qiyməti endirilsə də, aprel ayından yenidən bahalaşma başlayıb. Mərsində kiloqramı 5.50, İstanbulda 6.50 lirəyə satılan soğan satışında tənzimləmədən sonra qiymət 2 lirəyə endirilib. Əhalinin soğan almaq üçün supermarketlərə hücumu marketlərdə bu məhsulun qıtlaşmasına səbəb olub. Nəticədə, məhəllə marketlərində soğanın qiyməti 10 lirəyə qədər yüksəlib. Hökumət isə çıxış yolunu idxalda axtarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264