DÜNYA

Avronunun dolları üstələmək cəhdləri hansı nəticələrə gətirib çıxarıb?FİNS
09 APREL
131

Avronunun dolları üstələmək cəhdləri hansı nəticələrə gətirib çıxarıb?FİNS

2019-04-09 11:47:00

Çox qısa müddətdə yaradılmağına baxmayaraq, avro dünya maliyyə dövriyyəsində həqiqətən böyük çəki toplaya bilib. Fins.az-ın məlumatına görə, avro bütün Mərkəzi Bankların xarici valyutada saxlanılan ehtiyatlarının təxminən 20%-ni təşkil edir. Beynəlxalq ödəmələrdə populyarlığa görə avro Amerika dollarından sonra ikinci yerdə gəlir. Lakin bu,sanki, Avropa Birliyinin rəhbərliyinə bəs etmir. Avropa Komissiyası gələcəkdə Avropaya enerji idxalını dollarla deyil, avroda aparılmasını məsləhət görüb. Çoxları bu tələbləri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara yaşanan münaqişə ilə əlaqələndirir. Cəza tədbirlərindən yan keçmək üçün Almaniya, Fransa və Böyük Britaniya “Instex” adlı xüsusi mexanizm yaradıb. Bu platformanın köməyi ilə Avropa şirkətləri İranla biznes əlaqələrini davam etdirə biləcək. Amma bu mürəkkəb layihənin uğurlu olacağı gözlənilmir. Hələlik “Instex”, eyni zamanda avronun aparıcı rolu xülya olaraq qalır.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266