DÜNYA

Amarika mətbuatı Trampla Obamanı müqaisə edərək maraqlı nəticələr əldə edib
08 APREL
215

Amarika mətbuatı Trampla Obamanı müqaisə edərək maraqlı nəticələr əldə edib

2019-04-08 13:28:00

Prezident Trampın rəqiblərinin impiçment arzusu puç olduqdan sonra indi ən geniş yayılmış iddianı təhlil etməyin vaxtı çatıb. Fins.az-ın ABŞ-ın "THE HİLL" nəşrinə istinadən verdiyi məlumata görə Tramp prezident Obama və dövlət katibi Klintonun fəaliyyəti dövründə Amerika-Rusiya münasibətlərini nəzərdən keçirsək, Putinin Trampa üstünlük verməsinə dair heç bir səbəb tapılmayacaq. 

2009-cu ildə Obama administrasiyasının fəaliyyətinin başlanğıcında “münasibətlərin bərpa” düyməsi ilə Moskvaya yola düşən Trampın nümayəndələri deyil, məhz Klinton olub. “SSRİ və nasist Almaniyası arasında bir-birinə hücum etməmək haqqında” sazişin 70 illik yubileyində raketəleyhinə müdafiə sistemlərinin Polşa və Çexiya Respublikasında yerləşdirilməsi proqramının iş başladığını elan edən də məhz bu administrasiya olub. 

Tramp kampaniyasının nümayəndələri deyil, əslində Obama administrasiyası Rusiyanı Yaxın Şərq regionuna hərbi təcavüzə geri qayıtmağa dəvət edib, həm demokratlar, həm respublikaçılardan ibarət əvvəlki yeddi administrasiyanın Moskvaya imtina etdiyi bu mühüm regiondakı həmin rolu ona verib. Rusiyanın Ukraynaya – NATO üzvlüyünə namizədliyini irəli sürən, Amerikanın regiondakı müttəfiqinin ərazisinə soxulmasına həvəssiz reaksiya verən də məhz Obama administrasiyası olub.

Tramp həmçinin ona nail olub ki, ABŞ 1960-cı ildən bəri ilk dəfə enerji asılılığına son qoyub, Avropa ölkələrini də eyni addımı atmağa çağırıb. Trampın həyata keçirdiyi siyasət Putinin Rusiya daxilində dəstək səviyyəsini artırmaq üçün neftdən gələn gəlirlərdən istifadə etmək imkanını məhdudlaşdırıb. Trampın rəqibləri Putinə iddia etdikləri qədər nifrət etsəydilər, “Keystone” boru kəməri layihəsini qəti şəkildə dəstəkləyərdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272