DÜNYA

Küveytdə xarici vətəndaşlardan tutulan vergi artırılacaq
05 APREL
133

Küveytdə xarici vətəndaşlardan tutulan vergi artırılacaq

2019-04-05 17:27:00

Fins.azın məlumatına görə, ölkənin qanunverici orqanları tərəfindən Küveytdə yaşayan və işləyən xarici ölkə vətəndaşlarından tutulan verginin dərəcəsinin artırılması ilə bağlı mübahisə doğuran məsələlər müzakirəyə çıxarılıb. İrəli sürülən təkliflərdən biri də budur ki, ölkədə fəaliyyət göstərən əcnəbilərin öz ölkələrinə göndərdikləri 500 Küveyt dinarından (1640 ABŞ dolları) atrıq pul köçürmələri üçün indiyədək tutulan 5 faizlik verginin dərəcəsi artırılsın. Bundan əlavə, Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının digər əraziləri ilə yanaşı, Küveytdə də əlavə dəyər vergisinin tətbiqi, eləcə də nəqliyyat vasitələrindən istifadə üçün daha yüksək dərəcə ilə vergi tutulması da gündəlikdədir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266