DÜNYA

Səudiyyə kralı İraqa 1 milyard dollar bağışladı
05 APREL
85

Səudiyyə kralı İraqa 1 milyard dollar bağışladı

2019-04-05 11:04:00

Səxavətli hədiyyə barədə Səudiyyə Ərəbistanının ticarət və investisiyalar naziri Məcid əl Kasabi İraq Prezidenti Bəhram Əhməd Salehin Ər-Riyada səfəri zamanı açıqlama verib.

Bildirilir ki, bu vəsait Bağdadda idman şəhərciyinin tikintisinə sərf olunacaq.

Hələ ötən ilin martında Səudiyyə Ərəbistanının rəhbərliyi İraqa hədiyyə olaraq 100 min tamaşaçı tutumlu stadion tikərək hədiyyə edəcəyini bildirmişdi. Daha sonra isə Səudiyyə Ərəbistanı yalnız stadion deyil, bütov bir idman şəhərciyi tikəcəyini bəyan etmişdir.

“RİA Novosti” xəbər verir ki, Səudiyyə Ərəbistanı İraqla münasibətləri yaxşılaşdırmaq üçün ciddi səylər göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266