DÜNYA

Ermənistan Rusiyaya "Metsamor" AES üçün alınan krediti vəsait olmadığına görə qaytara bilmir
05 APREL
85

Ermənistan Rusiyaya "Metsamor" AES üçün alınan krediti vəsait olmadığına görə qaytara bilmir

2019-04-05 10:02:00

Ermənistan Rusiyaya "Metsamor" Atom Elektrik Stansiyasının müasirləşdirilməsi üçün ayırdığı krediti vəsait olmadığına görə qaytara bilmir.

Fins.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın energetika və təbii sərvətlər nazirliyinin beynəlxalq əlaqələr üzrə idarəsinin rəisi Tiqran Melkonyan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 19-ci iclasında deyib. Tiqran Melkonyan kreditin ödəmə vaxtının təxirə salınmasını istəyib.

" "Metsamor" AES-in istismar müddətinin uzadılması layihəsinin reallaşdırılması işlərinin yubanması ilə bağlı məsələni qaldırmaq istəyirəm. Biz, bir neçə həm obyektiv, həm də subyektiv səbəblər aşkarlamışıq. Layihənin uğurla başa çatması üçün kreditin qüvvədə olma müddətinin uzadılması barədə qərar qəbul etmək lazımdır. Hələlik kredit üzrə illik ödənişlərin yeganə mənbəyi "Metsamor" AES-in elektrik enerjisinin satışından əldə edilən vəsaitdir", - deyə Melkonyan qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266