DÜNYA

"Bitcoin" kəskin bahalaşıb bundan sonra nələr olacaq?FİNS
03 APREL
166

"Bitcoin" kəskin bahalaşıb bundan sonra nələr olacaq?FİNS

2019-04-03 09:50:00

“Birfinex” birjasında ilk kriptovalyutanın qiyməti bir nöqtədə 5000 dolları keçib. Bu da 2019-cu ilin yeni maksimum göstəricisidir. Fins.az “RBC” agentliyinə istinadən xəbər verir ki,Aprelin 2-i səhər saatlarında “Bitcoin”-in orta bazar məzənnəsi 2019-cu ilin maksimum həddinə - 4849 dollara çatıb, bir neçə saat ərzində 15% artıqdan sonra yenidən aşağı düşüb. “Bitfinex” də daxil olmaqla bir neçə birjada ilk kriptovalyutanın qiyməti 5000 dollardan baha olub. Hal-hazırda qiymət 4652 dollarda qərarlaşıb. Bu hadisənin ardınca kapitallaşma həcminə görə ən böyük altkoinlər – “Ethereum” 5,9% bahalaşaraq 150,7 dollar, “XRP” isə 5,8% artaraq 0,330 dollara çatıb.

Ötən sutka ərzində rəqəmsal pul bazarının dəyəri 9% artıb, hazırda o, 159 milyard dollar təşkil edir. Hərracların həcmi 50% artaraq 32 milyard dollardan 48 milyard dollara yüksəlib.

“NewsBTC” şirkətinin analitiki Ayaşa Cindal (Ayash Jindal) bildirib ki, bu gün “Bitcoin” 4200 dollarlıq müqavimət həddini aşıb, onun qiyməti 5000 və 5200 dollarlıq növbəti əsas göstəricilərə yaxınlaşıb, amma onları üstələyə bilməyib. Bu baş verən kimi aktiv 6000 dollarlıq həddə çata biləcək.

Cindal hesab edir ki, hal-hazırda kriptovalyutanın dəyərinə düzəlişlər edilir, amma yaxın gələcəkdə “Bitcoin” 4400 dollardan aşağı düşməməlidir. Analitikin fikrincə, gələcək artım üçün kriptovalyuta indi 4850 dollarlıq səviyyədən yuxarı qalxmalıdır.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267