DÜNYA

"Nissan"-nın sabiq sahibinin növbəti məhkəməsinin vaxtı açıqlanıb
22 MART
276

"Nissan"-nın sabiq sahibinin növbəti məhkəməsinin vaxtı açıqlanıb

2019-03-22 15:20:00

Fins.az-ın məlumatına görə,Tokio dairə məhkəməsi “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun işi ilə bağlı ilk dinləmələri sentyabrda keçirməyi planlaşdırır. Bu barədə Kyodo agentliyi məlumat yayıb. Qeyd edək ki, K.Qon maliyyə alətləri və birjalarda “Nissan” şirkətinin qiymətli kağızları barədə hesabatlarda öz gəlirlərini gizlətməkdə ittiham olunur. Həmçinin ona göstərilən inamdan həddindən artıq ağır dərəcədə sui-istifadə də təqsirli bilinir. Tokio dairə məhkəməsində bir araya gələn məhkəmə nümayəndələri, prokurorlar və K.Qonun vəkillər qrupu qarşıda gözlənilən iş ilə bağlı prosedur məsələləri müzakirə ediblər. Prokurorların bildirdiyinə görə, onlar məhkəməyə K.Qon 1999-cu ildə “Nissan” şirkətinin korporativ rəhbəri kimi Yaponiyaya gəldikdən sonra onun gəlirlərinin 31 milyard 400 milyon yen (təqribən 280 milyon dollar) təşkil etməsi barədə məlumat verməyə hazırlaşırlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266