DÜNYA

Trampla Merkel arasında boru davası
19 MART
302

Trampla Merkel arasında boru davası

2019-03-19 14:50:00

Fins.az-ın "The Wahshington Post"-a istinadən verdiyi məlumata görə, Almaniyanın həftəlik “Die Zeit” nəşrinin redaktoru, habelə Quver İnstitutunun elmi əməkdaşı Yozef Yoffe (Josef Joffe) “The Washington Post” qəzetində dərc olunan məqaləsində yazır ki, Almaniya kansleri Angela Merkel (Angela Merkel) və ABŞ prezidenti Donald Tramp (Donald Trump) planlaşdırılan “Şimal axını – 2” layihəsi ilə əlaqədar dueldə iştirak edir, lakin bu iki siyasətçi arasındakı münaqişədən öncə kədərli, səciyyəvi hadisələr baş verib.Həmin hadisələr 2005-ci il Gerhard Şröderin hakimiyyəti dövründən başlayır. Seçkilərdə məğlub olan və tutduğu postu tərk edən sabiq federal kansler həmin vaxt dostu, Rusiya prezidenti Vladimir Putinlə qaz kəmərinin tikintisi haqqında saziş imzalayıb. Bir neçə həftədən sonra Baltik dənizinin dibi ilə çəkiləcəyi nəzərdə tutulan 1200 kilometrlik “Şimal axını” boru kəmərinin tikintisi ilə bağlı layihənin icrasına nəzarət Şröderə həvalə edilib.Məqalə müəllifi qeyd edir ki, bu sazişi imzalamaqla Şröder Kremlin maraqlarının aktiv təbliğatçısına çevrilib. Layihənin rəhbəri Rusiyanın “Qazprom” şirkətidir. “Şimal axını – 2” qaz kəmərinin inşaat işlərinin bu il başa çatacağı gözlənilir.1970-1980-ci illərdə Qərbi Almaniyanın federal kansleri Helmut Şmit (Helmut Schmidt) barter sazişi təklifindən, boruları Sovet İttifaqının təbii qazına mübadilə etmək imkanından vəcdə gəlib. Karter (Jimmy Carter) və Reyqan (Ronald Reagan) administrasiyaları bu layihəyə qarşı çıxsa da, qərbi Almaniya təzyiq qarşısında güzəştə getməyib.Qarşılıqlı asılılıq 1980-ci illərin başlanğıcında Polşada azadlığı boğmaqda Moskvaya mane olmayıb. Qarşılıqlı asılılıq 1970-ci illərdə Sovet İttifaqına Avropaya təhlükə kəsb edən, nüvə başlıqlı “SS-20” raketlərini yerləşdirməyə mane olmayıb. Sadəlövh almanlardan fərqli olaraq, Kreml əvvəl də, indinin özündə də biznesi strategiyadan necə ayırmaq lazım gəldiyini bilir.“Şimal axını” qaz kəmərinin tikintisi Putinə geosiyasi ambisiyalarını həyata keçirməyə mane olmayıb. O, cənub-şərqi Ukraynada yerli separatçılardan istifadə edərək Krımı işğal edib, bütün Avropada NATO-nun mövqelərini zəiflədib.Merkeli Putinin dostu adlandırmaq olmaz. Əslində kansler Ukraynadakı işğalçı, təcavüzlar fəaliyyətindən dolayı Rusiyaya qarşı sanksiyaların qatı tərəfdarıdır. Bununla belə, Merkel Trampın tələblərinə boyun əymir.Putin üçün Baltik boru kəmərlərinin strateji mənfəəti möhkəm valyutadan daha qiymətlidir. Ukrayna və (Polşadan) yan keçən “Şimal axını – 1” və “Şimal axını – 2” kəmərləri Kiyevə qarmaq atmağa kömək edəcək. “Şimal axını – 2” Rusiyanın Ukraynaya qarşı apardığı iqtisadi müharibədə rahat silaha çevriləcək, sonuncunu tabe olmağa məcbur edəcək və tranzit gəlirlərindən məhrum edəcək.Yoffe hesab edir ki, Putinin apardığı oyunu başa düşmək üçün strategiya sahəsində elmlər doktoru dərəcəsi almağa ehtiyac yoxdur. Bəs onda niyə Merkel Aralıq dənizinin şərq hissəsində açıq böyük ehtiyatları və maye qazın nəql prosesinin xeyli yaxşılaşdırılmasını nəzərə alaraq, söhbətin alıcının bazarından getdiyini etiraf etmir?Berlində əsas rolu iqtisadiyyat oynayır. Bu cür yanaşma İkinci Dünya Müharibəsi başa çatdıqdan, ABŞ-ın Avropanın təhlükəsizlik təminatçısı olduğu vaxtdan bəri işləyir. Sualın başqa bir cavabı Almaniyanın incinmiş qüruru və qəzəbi ilə əlaqəlidir. Tramp daim Berlini təhqir edir, cəza tarifləri tətbiq edir və hədələyir.Məqalə müəllifi əminliklə qeyd edir ki, “Şimal axını – 2” boru kəmərinin tikinti işlərinin başa çatacaq və bunun ardınca Amerikanın cavab tədbirləri həyata keçiriləcək. Qalib isə Putindir. O, bu il NATO-nun axsaya-axsaya özünün 70-ci ildönümünə yaxınlaşdığı bir vaxtda ABŞ və əsas müttəfiqi Almaniyanın  bir-birinə zərbə endirməsini izləyəcək, bu əla tamaşadan həzz alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266