DÜNYA

Roman Abramoviç Rusiyadakı səhmlərini satışa çıxarıb
19 MART
187

Roman Abramoviç Rusiyadakı səhmlərini satışa çıxarıb

2019-03-19 14:20:00

Ötən ilin aprel ayında ABŞ-ın "Kremlin sanksiyalar siyahısı"na adı düşən milyarder Roman Abramoviç Britaniya vizasından məhrum olduqdan sonra İsrail pasportu almağa məcbur olub.Fins.az-ın məlumatına görə, hazırda isə məşhur milyarder Rusiyada pay sahibi olduğu şirkətlərin səhmlərini kütləvi şəkildə satmağa başlayıb.Xatırladaq ki, martın 7-də Rusiyanın ən varlı 11-ci adamı (10,8 milyard dolları olan) "VTB Bank"da bütün səhmlərini, həmçinin Rusiyanın "Birinci Kanalı"nda pay sahibi olduğu 20%-lik səhmlərini də satıb. 13 mart tarixində isə Abramoviçin "Crispian Investments" fondu "Nornikel"dəki 1,7% sahibi olduğu səhmlərini satışa çıxarıb.Ötən gün məlum olub ki, Roman Abramoviç "Evraz" metallurq və dağ-mədən sənaye konsernindəki 0,8%-lik payını da satmaq barədə fikri qətidir.Analitiklərin fikrincə, Abramoviç bu addımları ABŞ tərəfindən tətbiq ediləcək müəyyən sanksiyalardan ehtiyat etdiyindən atır. Digər tərəfdən isə analitiklər hesab edirlər ki, "Evraz" konserninin səhmlərinə yüksək maraq olduğundan iş adamı bu şirkətin səhmlərini satıb, yaxşı qazanc əldə etmək niyyətindədir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266