DÜNYA

Rusiyada pulun kartdan karta köçürülməsi bankomatdan nağd çıxarılmasını üstələyib
19 MART
192

Rusiyada pulun kartdan karta köçürülməsi bankomatdan nağd çıxarılmasını üstələyib

2019-03-19 13:54:00

Fins.az-ın məlumatına görə, 2018-ci ilin statistikasına əsasən, keçən il Rusiya Federasiyasında ilk dəfə olaraq kartdan karta pul ödənişlərinin həcmi kartdakı pulların nağdlaşdırılmasından artıq olub. Ötən il ərzində Rusiya vətəndaşları öz kartlarından digər kartlara 2017-ci illə müqayisədə 1,4 dəfə çox köçürmə ediblər, bankomatdan nağd pul çıxarılmasında isə nisbət cəmi 3,4 faiz artıb. Keçən il mal və xidmətlərin alınmasına görə nağdsız ödənişlərdə 1,3 dəfə artım müşahidə olunub. Beləliklə, 2018-ci ildə ölkə üzrə nağdsız əməliyyatların ümumi həcmində kartlardakı pulun nağdlaşdırılması ilə müqayisədə iki dəfə artım olub və bu rəqəm 48 trilyon rubla (1,25 trilyon manat) çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266