DÜNYA

OPEC bu il Azərbaycanda neft hasilatının həcminə dair proqnozu
14 MART
157

OPEC bu il Azərbaycanda neft hasilatının həcminə dair proqnozu

2019-03-14 23:02:00

Bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq. Fins.az-ın məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Birliyi-OPEC- in mart ayı hesabatında bildirilir. Məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda neft və kondensatın gündəlik hasilatının həcmi 810 min barel təşkil edib. Xatırladaq ki, 10 dekabr 2016-cı il tarixində Vyanada (Avstriya) imzalanmış sazişə əsasən, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü. 2018-ci il dekabrın 7-də isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılıq əldə edilmişdi. Yeni qərara görə, Azərbaycan 2019-cu ilin yanvar ayından etibarən gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262