DÜNYA

İsveçin 16 yaşlı məktəblisinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb
14 MART
115

İsveçin 16 yaşlı məktəblisinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb

2019-03-14 16:43:00

Fins.az-ın məlumatına görə, İsveçin 16 yaşlı məktəblisi və ictimai fəalı - Qreta Tunbergin 2019-cı il üzrə Nobel sülh mükafatına namizədliyi verilib.Özünü dünya gənclər hərəkatının lideri elan edən Qreta Tunberginin bu mükafata namizədliyini isveçli və norveçli parlament üzvləri irəli sürüblər.Q.Tunberg ətraf mühitlə bağlı problemlərə görə keçirdiyi aksiyalarla gündəmə qəlib. O, 2018-ci ilin yayında İsveçdə kəskin isti hava şəraitinə görə başlamış meşə yanğınları ilə bağlı hökumətin ətraf mühit problemlərə biganəlik göstərməkdə ittiham edib və buna etiraz olaraq məktəbə getməyəcəyini bildirib.Bu ilin fevralında 16 yaşlı şagirdin Parisdə keçirdiyi yürüşə min nəfərdən çox insan qatılıb. Həmin yürüşdə Qreta həmişə olduğu kimi, əlində "iqlim naminə məktəb tətili" yazılmış plakatla etirazını bildirib. Q.Tunberg iqlim dəyişikliyi problemləri ilə bağlı BMT-nin Dünya Konfransında da çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264