DÜNYA

İngiltərə Avropa ittifaqından "Brexit" müqaviləsi olmadan ayrılsa nə baş verər?
14 MART
190

İngiltərə Avropa ittifaqından "Brexit" müqaviləsi olmadan ayrılsa nə baş verər?

2019-03-14 15:11:00

Fins.az-ın məlumatına görə, İngiltərə hökuməti Avropa İttifaqından razılaşma olmadan ayrılmanın baş verəcəyi təqdirdə Avropa İttifaqının üzvü olmayan ölkələrdən ediləcək idxalata sıfır dərəcə ilə vergi tətbiq olunmasına yenidən baxılacağını bəyan edib. Hökumətin açıqlamasına əsasən,qurumun üzvü olmayan ölkələrdən gömrüksüz idxalın nisbəti 56 faizdən 92 faizə qaldırılacaq. Açıqlamada İngiltərənin Aİ-dən razılaşma olmadan ayrılacağı halda, qüvvəyə minəcəyi planlaşdırılan düzəlişdə hazırda Aİ-dən edilən 100 faizlik gömrüksüz idxalın payının 82 faizə endiriləcəyi qeyd edilib. Nəzərdə tutulan düzəlişlə İngiltərənin, Avropa İttifaqı da daxil olmaqla, ümumi idxalda gömrüksüz ticarətin nisbətinin 80 faizdən 87 faizə qaldırılacağı göstərilib. Bundan başqa, açıqlamaya əsasən, İrlandiya ilə Şimali İrlandiya arasında açıq sərhəd siyasəti davam edəcək, İrlandiya ilə həyata keçirilən ticarətdə gömrük vergisi və ya hər hansı gömrük nəzarəti isə tətbiq olunmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272