DÜNYA

ABŞ Şərqi Avropadakı mövqelərinin bərpası üçün bölgəyə yenidən kapital qoyur
13 MART
94

ABŞ Şərqi Avropadakı mövqelərinin bərpası üçün bölgəyə yenidən kapital qoyur

2019-03-13 14:09:00

Fins.az-ın məlumatına görə, ABŞ Çinlə Rusiyanın artan təsirinin qarşısını almaq üçün yenidən Mərkəzi və Şərqi Avropaya qayıdır.Suriya müharibəsindən sonra ABŞ-Rusiya rəqabəti Yaxın Şərqə köçüb: “Donald Trampın (Donald Trump) Amerikası ilə Si Tsinpinin (Xi Jinping) Çini arasında rəqabət, öz növbəsində, Sakit okean regionunda rezonansa səbəb olub. Hal-hazırda Avropanın mərkəzi və şərq bölgələrində də böyük güclər arasında təsir uğrunda mübarizə gedir.Vaşinqton Moskva ilə Pekinin müdaxiləsi ilə mübarizə aparır. Mayk Pompeo (Mike Pompeo) Amerika diplomatiyasının başçısı kimi on dörd il ərzində ilk dəfə Slovakiyaya səfər edib, Rusiyanın bu regiondakı təsirini hər vasitə ilə tənqid edib. O bildirib ki, regionun energetika sahəsi Moskvadan asılı vəziyyətdədir”, - məqalə müəllifi qeyd edir. “O, 5G şəbəkələrin işə buraxılması ilə bağlı Budapeştlə Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkəti arasında saziş imzalandıqdan sonra da “narahatlığını” dilə gətirib. 2012-ci ildən etibarən Çin hər il 16 “dost” ölkə ilə sammit təşkil edir. Vaxtilə kommunist olan bu ölkələri indi Pekinin investisiya perspektivləri cəlb edir. Cəmi bir neçə il ərzində Çin Mərkəzi və Şərqi Avropaya girib, həm AB ölkələrində, həm də Birliyə daxil olmayan ölkələrdə möhkəmlənib, yeni Avropanın sərhədlərini maraqlarına ən uyğun şəkildə dəyişdirib”, - Lasser bildirir.Jurnalist vurğulayır ki, Serbiya kimi eyni ölkələrə daxil olan Çin ilə Rusiya bir-biri ilə rəqabət aparmaqdan daha çox bir-biri ilə əlaqəli şəkildə eyni boşluğu doldurur.

 Şərqi Avropa ölkələri Amerikanın yardımını yeni imkan kimi qiymətləndirir. “Əgər bu, ABŞ-a sərf edirsə, niyə də yox? Bu, Rusiya və ya Çindən daha yaxşıdır. Qərbi Avropadan da oxşar təşəbbüslər görmək istərdik”, - slovakiyalı məmurlardan biri Münhendə dəyirmi masa arxasında söyləyib.Lasser qeyd edir ki, bu cür layihələr böyük Avropa paytaxtlarında, xüsusilə Parisdə inamsızlıq doğurur: “Parisdə çoxları şübhələnir ki, Donald Tramp AB-ə zərbə endirib, onu parçalamağa çalışır. Bəlkə ABŞ Avropa populistləri ilə alyans qurmaq niyyətindədir? 50-ə yaxın iqtisadi layihəni dəstəkləyən “Üç dəniz təşəbbüsü”nün amerikalı müəlliflərindən biri Münhen konfransında müdafiə olunmağa çalışıb: “Bu, Amerikanın Şərqi Avropadakı “Troya atı” deyil, Avropaya, xüsusilə onun Rusiya ilə Çinin təsirinə məruz qalan hissəsinə dəstək strategiyasıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264