DÜNYA

Birləşmiş Ştatların neft ehtiyatları azalır
13 MART
81

Birləşmiş Ştatların neft ehtiyatları azalır

2019-03-13 11:59:00

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.

Fins.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 2,58 milyon barrel azalıb. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi.

Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 7,29 milyon barrel azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264