DÜNYA

Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb
13 MART
142

Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb

2019-03-13 10:01:00

ABŞ prezidenti Donald Tramp İrana qarşı olan sanksiyaların müddətini bir il daha uzatdı. 

Fins.az ONA-ya istinadən xəbər verir ki, bu haqda Ağ evin dərc etdiyi press-relizdə bildirilib. 

Tramp sanksiyaların müddətinin uzadılması haqda bildirişi Konqresə göndərib. 

Bildirişdə deyilir: “İran hakimiyyətinin siyasəti və atdığı addımları, terrorçu qruplaşmaları dəstəkləməsi, İslam İnqilabı Keşikçiləri Korpusunun zərərli fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə, beynəlxalq siyasətinə və iqtisadiyətinə təhlükə yaratmaqda davam edir”.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265