DÜNYA

ABŞ Venesuela hakimiyyətini ölkəni tərk etməyə çağırıb
13 MART
126

ABŞ Venesuela hakimiyyətini ölkəni tərk etməyə çağırıb

2019-03-13 09:33:00

ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams bildirib ki, Vaşinqton Venesuela hakimiyyətində təmsil olunan bəzi şəxslərin respublikanı tərk etməsini istəyir.

Fins.az Report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Venesuela hakimiyyətinin bəzi nümayəndələri siyasi keçidin şərtlərindən biri kimi ölkədən getməlidirlər.

O həmçinin əlavə edib ki, ABŞ digər ölkələrlə Venesuela hakimiyyətinin üzvlərinə sığınacaq vermək imkanlarını müzakirə edir.

Abrams qeyd edib ki, Venesuela siyasətçilərindən heç kim ölkəni tərk etməyə hələ razılıq verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269