DÜNYA

Tramp Konqresdən bu ölkəyə qarşı 500 milyon dollar istədi
12 MART
160

Tramp Konqresdən bu ölkəyə qarşı 500 milyon dollar istədi

2019-03-12 00:10:00

ABŞ prezidenti Donald Tramp Konqresə 2020-ci ilin büdcə layihəsini təqdim edib. Fins.az xəbər verir ki, Ağ Ev rəhbəri 4,7 trilyon dollarlıq büdcədən hərbi xərclərin 5% artırılaraq 750 milyard dollara çatdırılmasını istəyib. Bununla yanaşı, kibertəhlükəsizliyin artırılması üçün Müdafiə Nazirliyinə 9,6 milyon dollar ayrılması planlaşdırılır. Qeyd edilir ki, büdcənin hərbi hissəsi xüsusilə Rusiya və Çinlə “strateji rəqabət”ə hesablanıb. Büdcə layihəsində xarici yardımların 13 milyard dollaradək ixtisarı da nəzərdə tutulur. Təhlükəsizliyin möhkəmləndirilməsi, Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinin Rusiyadan asılılığının azaldılmasına isə 500 milyon dollar ayrılması planlaşdırılır. Dövlət Departamentindən Şimali Koreyanın nüvə tərksilahı cəhdlərinə, Rusiya və Çinlə rəqabətə, Venesuelaya yardıma və ABŞ-la sərhəddə epidemik xəstəliklərlə mübarizəyə 40 milyard dollar ayrılması istənilib. Tramp daha 8,6 milyard dolları Meksika ilə sərhəddə divar tikintisinə ayırmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264