DÜNYA

Bu ölkə 50 ildə ilk sərnişin təyyarəsini bazara çıxaracaq
11 MART
95

Bu ölkə 50 ildə ilk sərnişin təyyarəsini bazara çıxaracaq

2019-03-11 09:19:00

Fins.az-ın məlumatına görə, ABŞ-da Yaponiyanın “Mitsubishi Regional Jet” yaxın məsafəli sərnişin təyyarəsinin 2020-ci ilə planlaşdırılan satışı ərəfəsində sınaqlarına başlanılıb.Sınaqlar Yaponiyanın “Mitsubishi Aircraft” şirkətinin Vaşınqton ştatında yerləşən bazasında keçirilir. Təyyarənin mühərrikinin və digər sistemlərinin müxtəlif rejimlərdə yoxlanılması aparılır. İl ərzində daha iki “MRJ” təyyarəsinin sınaqlar üçün ABŞ-a gətiriləcəyi bildirilir.Qeyd edilir ki, laynerin sertifikatlaşdırılması prosesinə gələn il yekun vurulacaq. Məhz bundan sonra təyyarənin sifarişçilərə çatdırılmasına başlanacağı gözlənilir.“MRJ” son 50 ildən çox müddət ərzində yaponlar tərəfindən hazırlanan ilk sərnişin təyyarəsi olacaq. Onun uçuş məsafəsinin 1,5 min kilometrdən 3,5 min kilometrədək təşkil edəcəyi bildirilir. Həmçinin bu təyyarələr modelindən asılı olaraq göyərtəsinə 90-dək sərnişin qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264