DÜNYA

Bu məşhur avtomobil markası Çin banklarından yarım milyard dollardan çox kredit götürüb
10 MART
261

Bu məşhur avtomobil markası Çin banklarından yarım milyard dollardan çox kredit götürüb

2019-03-10 18:38:00

"Tesla" ABŞ-dan kənarda ilk böyük zavodunun tikintisi üçün Çin bankları ilə 521 milyon dollarlıq kredit müqaviləsi imzalayıb. Fins.az-ın məlumatına görə, elektrik avtomobil şirkətinin yeni zavodunun tikintisi 2 milyard dollara başa gələcək. Zavodun tikintisi bu ilin yanvar ayında başlayıb. "Tesla"nın CEO-su Elon Mask deyib ki, zavodun tikintisi bu ilin yayında bitməsi planlaşdırılır. Çin hökümətinin rəsmiləri isə bəyan ediblər ki, zavodunun tikintisi may ayında başa çatmalıdır. Şanxayda tikilən yeni zavodda Çin bazarı üçün "Model 3" sedanları və yeni "Model Y" SUV avtomobilləri istehsal olunacaq.  Yeni zavod "Tesla"nın qlobal istehsal qabiliyyətini iki dəfə artıracaq. Qeyd edək ki, "Tesla"nın hazırda ABŞ-da iki zavodu var. Bu zavodlar Nevada və Nyu York ştatlarında yerləşirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265