DÜNYA

Tramp seçki qərargahının sabiq rəhbərinə hökm oxunmasını şərh edib
08 MART
198

Tramp seçki qərargahının sabiq rəhbərinə hökm oxunmasını şərh edib

2019-03-08 18:57:00

ABŞ prezidenti Donald Tramp seçki qərargahının sabiq rəhbəri Pol Manaforta hökm oxunmasına münasibət bildirib.Fins.az-ın verdiyi məlumata görə, D. Tramp bu gün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “Pol Manafortun işində həm hakim, həm də vəkil yüksək səslə bəyan etdilər və bütün dünya da eşitdi ki, ABŞ-da keçirilən prezident seçkilərində Rusiya ilə hər hansı sövdələşmə olmayıb”. Qeyd edək ki, Virciniyada keçirilən məhkəmə prosesində andlılar P. Manafort saxta vergi bəyannaməsi təqdim etməkdə, bank dələduzluğunda və xaricdə bank hesabını gizlətməkdə günahkar sayıb. Hakim Ti Es Ellis deyib ki, P. Manaforta çıxarılan hökm xüsusi prokuror Robert Müllerin “Rusiya tədqiqatı” ilə bağlı deyil. Maliyyə pozuntuları ilə əlaqədar P. Manafort 3 il 11 ay azadlıqdan məhrum olunub. P. Manafortun vəkili Kevin Dauninq də deyib ki, məhkəmə prosesində müdafiə etdiyi şəxsin Rusiyayla hər hansı sövdələşməni üzə çıxarmayıb. Qeyd edək ki, P. Manaforta qarşı ittiham D.Trampın Rusiya ilə ehtimal edilən əlaqələrini araşdıran xüsusi prokuror R. Müller tərəfindən irəli sürülüb. Ağ Ev və Kreml belə əlaqənin olduğunu təkzib edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264