DÜNYA

Pompeodan Venesuela və Maduro hakimiyyəti barədə açıqlama
08 MART
172

Pompeodan Venesuela və Maduro hakimiyyəti barədə açıqlama

2019-03-08 18:45:00

Fins.az-ın məlumatına görə,ABŞ dövlət katibi Maykl Pompeo Venesuela ərazisində elektrik enerjisi təchizatında yaranmış böhrana görə Nikolas Maduro hakimiyyətini günahlandırıb. M. Pompeo “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Venesuelada elektrik enerjisi təchizatının dayanmasına, sadə venesuelalıların əziyyət çəkməsinin səbəbi ABŞ, Kolumbiya, Ekvadov, Braziliya, Avropa deyil, Maduro hakimiyyətinin səriştəsizliyidir. Qeyd edək ki, dünən paytaxt Karakas və ölkənin 25 ştatından 23-də elektrik enerjisi təchizatı dayanıb. Venesuela Milli Elektrik Şirkəti baş verən enerji böhranının səbəbinin ölkədəki ən böyük su elektrik stansiyasındakı təxribat olduğunu bəyan edib. Prezident Nikolas Maduro da baş verənlərə görə “Amerika imperializmi”ni günahlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264