DÜNYA

BP növbəti 2 il ərzində Azərbaycanda qazacağı quyuların sayını açıqlayıb
07 MART
188

BP növbəti 2 il ərzində Azərbaycanda qazacağı quyuların sayını açıqlayıb

2019-03-07 10:24:00

Fins.az-ın məlumatına ,BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns təmsil etdiyi şirkətin 2018-ci ildəki fəaliyyəti və 2019-cu il üçün planları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. "Bizim D-230 kəşfiyyat blokuna çox böyük ümidlərimiz var".Onun sözlərinə görə, bu kəşfiyyat blokunda işlər uğurlu olarsa, BP II “Azəri-Çıraq-Günəşli” yatağını kəşf etmiş olacaq. ”Bundan başqa, BP “Qobustan” kəşfiyyat bloku ilə bağlı müqaviləyə qoşulub”, - deyə Q.Couns qeyd edib.Onun sözlərinə görə, BP, ümumilikdə, 4 kəşfiyyat müqaviləsi imzalayıb: “Bu müqavilələr Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yarıbayarı iştirak payına malikdir. Növbəti 2 il ərzində bu müqavilələr əsasında 6 quyu qazmağı planlaşdırırıq”.Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50% iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50%-i isə SOCAR-a məxsus olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263