DÜNYA

Vergi bəyannamələrinin təqdim olunması günlərinin vaxtı uzaldılıb
06 MART
109

Vergi bəyannamələrinin təqdim olunması günlərinin vaxtı uzaldılıb

2019-03-06 10:50:00

Fins.az-ın məlumatına görə,Kanadanın Vergi Agentliyi 2019-cu il üçün vergi bəyannamələrinin təqdim olunması mövsümünə fevralın 19-da start verib. Artıq CRA-da gəlir vergisinin və gəlirlər haqqında bəyannamələrin işlənilməsinə başlanılıb. Vergi bəyannamələrinin və gəlirlər haqqında bəyannamələrin əksər hissəsinin təqdim olunma tarixi aprelin 30-da başa çatır. Özüməşğul şəxslər isə bəyannamələrini iyunun 15-dək təqdim etməlidirlər. Aprelin 30-dək CRA fərdi vergi sorğuları ilə bağlı axşamlar iş saatlarının artırılması və istirahət günlərində işləmək rejimini tətbiq edib. Agentlikdən bildirilib ki, müraciətlərin işlənilməsi ilə məşğul olan mərkəzlərin işində əhəmiyyətli təkmilləşdirmələr aparılıb. Keçən il 29 milyondan artıq ödənilmiş vergilərin geri qaytarılmasının, demək olar ki, 90 faizi onlayn rejimdə həyata keçirilib.Gəlirlər naziri Diana Lebuillier deyib: "Son üç ildə hökumət xidmətlərin keyfiyyətinin yüksəldilməsini prioritet vəzifələrdən biri kimi qarşımıza qoyub. CRA-nın göstərdiyi yeni xidmətlər kanadalıların maliyyə təhlükəsizliyini sadələşdirib, prosesləri sürətləndirib və təhlükəsizliyin səviyyəsini yüksəldib. Aparılmış dəyişikliklər kanadalıların həyatında öz səmərəli nəticələrini göstərir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264