DÜNYA

Dünyanın ən varlı şəxsi necə olub ki,bu qədər sərvət əldə edə bilib !
06 MART
170

Dünyanın ən varlı şəxsi necə olub ki,bu qədər sərvət əldə edə bilib !

2019-03-06 10:23:00

Fins.az-ın məlumatına görə,“Amazon” inkişaf etdikcə Ceff Bezosun (Jeff Bezos) da sərvəti artır. Ümumiyyətlə ötən il əks kapital baxımından elektron ticarət sahəsinin ağır çəkili üzvü üçün uğurlu olub. Bu da şirkətin təsisçisi və rəhbərinə yenidən “Forbes” jurnalının ən zəngin şəxslər siyahısına ardıcıl ikinci il başçılıq etməsinə imkan yaradıb. Jurnalın müxbiri Kerri Dolanın (Kerry Dolanın) məlumatına əsasən, hazırda Bezosun sərvəti 131 milyard dollar məbləğində qiymətləndirilir, bu da ötən ilki göstəricidən 19 milyard dollar daha çoxdur.Ötən il Bezos “Forbes”-in sərvəti 100 milyard dolları üstələyən milyarderlər siyahısında ən birinci pillədə qərarlaşıb. “Amazon”-un səhmləri 2012-ci ilin rekord yüksək göstəricisi ilə müqayisədə bir qədər ucuzlaşsa da, şirkətin kapitalının ölçüsü ötən ilə nisbətən artıb.Qarşıda Bezosu gözləyən boşanma prosesini nəzərə alsaq, sahibkar böyük sərvətini qoruyub saxlaya biləcəkmi? O, yanvarın 9-u “Twitter”-də yazıb ki, 25 illik evlilik həyatından sonra həyat yoldaşı Makkenzi (MacKenzie Bezos) ilə ayrılmaq qərarına gəliblər. Bezos “qarşımızda valideyn, dost və müxtəlif müəssisələrdə, layihələrdə tərəfdaş kimi gözəl gələcək açılır” yazmaqla vəziyyəti maksimum yumşaltmağa çalışıb.Lakin elə həmin gün bir müddət sonra “National Enquirer” tabloidində Bezosun keçmiş televiziya aparıcısı Loren Sançeslə (Lauren Sanchez) eşq macərası olduğuna dair məlumat yayılıb. Məqalə müəllifləri bildiriblər ki, əllərində bu cütlüyün birlikdə fotoşəkilləri və Bezosla Sançesin bir-birlərinə yolladıqları tvitlər var. Fevralın 7-i Bezos əks gediş edib. “Twitter” hesabında “Medium” saytında işıq üzü görən məqaləyə keçid yerləşdirib. Həmin məqalədə Bezos “National Enquirer” tabloidinin redaktorunu şantajda ittiham edib. O, həmçinin iki elektron məktub dərc edib: birincidə Bezosu Sançeslə olan şəxsi fotoşəkillərini yaymaqda təhdid ediblər, ikincidə isə “təklif edilən şərtlər” yer alıb. Şərtlərdən biri belə olub: Bezos hər iki tərəf üçün keçərli informasiya kanalında publik, birgə razılaşdırılmış bəyanat dərc edəcək, həmin bəyanatda “American Media”nın işıqlandırdığı xəbərin siyasi motivli olduğunu və ya ona hər hansı siyasi qüvvənin təsir etdiyini düşünməyə əsası olmadığını təsdiqləyəcək. “National Enquirer” tabloidini nəşr edən “American Media”-nın nümayəndələri bildiriblər ki, “Bezosla bağlı hadisəni işıqlandırarkən qanun çərçivəsində fəaliyyət göstəriblər”. Onlar həmçinin şirkətin direktorlar şurasının belə bir qərara gəldiyini əlavə ediblər ki, Bezosunun bəyanatlarını yoxlamaq lazımdır. O vaxtdan bəri nə sahibkar, nə də media şirkətinin nümayəndələri bu məsələ ilə bağlı əlavə informasiya verməyib.Boşanma xəbəri həqiqətən Bezosun “Amazon”-da nəzarəti saxlaya bilib bilməməsi və sərvətinin gələcək vəziyyəti ilə bağlı sual qaldırır. Belə ki, şirkət səhmlərinin 16%-i ona məxsusdur. “Forbes” jurnalının yanvarda verdiyi məlumata əsasən, Vaşinqton ştatının qanunlarına əsasən, boşanma prosesində tərəflər “ümumi mülkü”, o cümlədən evlilik zamanı əldə edilən bütün gəliri ədalətli bir şəkildə öz aralarında bölməlidirlər. Evlilik sazişi prosesə təsir edə bilər, ancaq Bezosların belə bir saziş imzalayıb imzalamadığı bəlli deyil. Çətin ki, onlar nikahdan öncə saziş bağlayıblar. Belə ki, onlar Bezosun “Amazon” şirkətini təsis etməsindən öncə, Makkenzinin isə şirkətin birinci mühasibi vəzifəsində çalışanda evləniblər.

Makkenzi Bezos sərvətin yarısını alsa, onda dərhal dünyanın ən varlı qadınına çevriləcək. Əmlak bölgüsü ilə əlaqədar ətraflı məlumatın yer aldığı sənədlərlə tanış olmayanadək bütün var-dövlətin Ceff Bezosa çatacağını düşünəcəyik.

Bezos son 20 ildə dünyanın ən zəngin şəxsi tituluna sahib dörd nəfərdən biridir. Digər üç şəxs aşağıdakılardır: bir il ərzində dünyanın ən varlı şəxsi “Berkshire Hathaway” şirkətinin başçısı Uorren Baffet (Warren Buffett), dörd il ərzində titulunu qoruyub saxlayan Meksikadan Karlos Slim Elu (Carlos Slim Helu) və 2001-2017-ci illəri əhatə edən 12 illik dövr ərzində siyahının ən yüksək pilləsində qərarlaşan Bill Geyts (Bill Gates). Geyts 35,8 milyard dolları öz fonduna ayırmasaydı, kiçik fərqlə hələ də dünyanın ən varlı şəxsi olardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269