DÜNYA

Tramp öz portretini baha qiymətə necə alıb?
05 MART
98

Tramp öz portretini baha qiymətə necə alıb?

2019-03-05 15:13:00

Fins.az-ın məlumatına görə,əldə olunan məlumata əsasən, ABŞ prezidenti keçmiş vəkili Maykl Koendən hərraclarda yalandan iştirak etmək üçün hər hansı bir şəxsi işə götürməsini xahiş edib. Belə ki, Tramp  eqosunu razı salmaq məqsədilə öz portretini ən yüksək qiymətə almaq istəyib. 60 min dollar dəyərində olan həmin tablo daha sonra milyarder tərəfindən öz xeyriyyə fondundan ayrılan pul hesabına əldə olunub.Prezidentin keçmiş vəkili Maykl Koen Senatda birinci bağlı dinləmələrdən sonra Donald Trampın Rusiya ilə əlaqələri və onun daşınmaz əmlak imperiyasının idarə edilməsi ilə əlaqədar ötən çərşənbə günü Nümayəndələr Palatasında ifadə verib.Vəkil Amerika prezidentini xeyriyyə fondundan vəsait xərcləməkdə ittiham edir. Koenin iddialarına əsasən, prezident William Quigley tərəfindən çəkilmiş portreti almaq üçün xeyriyyə fondundan pul xərcləyib, sonra həmin tablonu klublarından birində asıb. Sözlərini təsdiqləmək üçün Koen Konqresə Trampın hərracla bağlı əlyazısının surətini təqdim edib.Tramp mənə tapşırdı ki, Hemptonda hansısa tədbirdə hərracda satılan portretini almaq üçün iştirakçı tapım. Məqsəd portreti əldə etmək idi. Həmin əsər günün ən bahalı portreti idi, - deyə Maykl Koen bildirib. – Rəsm əsəri hərraclarda iştirak etmək üçün tutulan şəxs tərəfindən 60 min dollara alınıb. Bu əsəri özündə saxlamaq istəməsinə baxmayaraq, Tramp qeyri-kommersiya təşkilatı hesab edilən “Foundation Trump” fondundan bu məsrəfi kompensasiya etməsini xahiş edbi. Hər şey eqosuna görə idi”. Jurnalist xatırladır ki, həmin vaxt prezident “Twitter”-də portretinin satılması ilə öyünüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264