DÜNYA

Trampdan FED sədrinə sərt ittiham
04 MART
147

Trampdan FED sədrinə sərt ittiham

2019-03-04 13:08:00

Fins.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp, Şənbə günü etdiyi açıqlamada, ABŞ dollarının çox güclü olduğunu bildirib və Fed sədri Jerom Pawelı "faizləri artırmaqdan xoşu gələn" biri kimi qiymətləndirərək bir daha tənqid edib.Tramp çıxışında, mərkəzi bankın addımlarına baxmayaraq ABŞ iqtisadiyyatının normal irəlilədiyini bildirib.Tramp, "Güclü bir dollar istəyirəm. Amma digər ölkələrlə apardığımız işlərdə bizi məhdudlaşdıracaq qədər güclü bir dollar deyil. Ölkəmiz üçün böyük iş görən bir dollar istəyirəm" deyib. Tramp, Pawelın adını çəkməyib, ancaq ondan "Fed-də faiz artırmaqdan xou gələn bir cənab var, Fed-də sərt pul siyasətindən xoşlanan bir cənab var, Fed-də çox güclü dollardan xoşlanan bir cənab var" şəklində bəhs edibTramp, ABŞ iqtisadiyyatının heç olmadığı qədər inkişaf edərkən, digər ölkələrin çox zəif performans göstərdiyini və bunun da uğurlu olmalarını çətinləşdirdiyini sözlərinə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264