DÜNYA

Çin və Amerika arasında ticarət sazişindən yeni xəbər
04 MART
109

Çin və Amerika arasında ticarət sazişindən yeni xəbər

2019-03-04 10:19:00

Fins.az-ın məlumatına görə, Pekin və Vaşinqton arasında ticarət sövdələşməsi üzrə danışıqlar yekun mərhələdədir, tərəflər artıq martın sonlarında saziş əldə olunduğunu elan edə bilərlər. Çin Birləşmiş Ştatlardan idxal olunan kimya, avtomobil, kənd təsərrüfatı və digər məhsullara qoyulan tarifləri azaltmağa və başqa məhdudiyyətləri aradan qaldırmağa razıdır. ABŞ isə öz növbəsində ötən il Çin mallarına qoyulan qadağaların əksəriyyətini və ya hətta hamısını ləğv etmək barədə düşünür.Bununla belə mənbələr qeyd edirlər ki, tərəflər arasında bəzi ziddiyyətlər hələ də qalmaqdadır. Onlar həmçinin ABŞ və Çin nümayəndələrinin öz vətənlərində qarşı tərəfə "olduqca sərfəli" şərtlər irəli sürdüklərinə görə tənqidə məruz qala biləcəkləri barədə xəbərdarlıq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264