DÜNYA

Prezidentin iqamətgahının təmirinə 2,5 milyon ayrılsa da... – FOTOLAR
14 FEVRAL
319

Prezidentin iqamətgahının təmirinə 2,5 milyon ayrılsa da... – FOTOLAR

2019-02-14 13:00:00

Gürcüstan prezidenti Salome Zurabişvilinin Antonelli küçəsində yerləşən yeni iqamətgahının təmiri planlaşdırılan 947 min dollardan (2,5 milyon lari) çox baha başa gələ bilər.

Fins.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, Xüsusi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anozra Çubinidze “IPN” agentliyinə açıqlamasında iqamətgahın təmirinin ümumiyyətlə nə qədər tutacağını bilmədiyini söyləyib.

“Hesablamaların müəyyən hissəsi edilib. Bu suala tam cavab növbəti 1 həftə ərzində verilə bilər. Öncədən 2, 5 milyon lari nəzərdə tutulub. Lakin düşünürəm ki, bu, işi bitirmək üçün bəs etməyəcək”, - deyə Çubinidze bəyan edib.





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262