DÜNYA

Bu ölkə doqquz offşor ərazini "qara siyahı"dan çıxarıb
14 FEVRAL
208

Bu ölkə doqquz offşor ərazini "qara siyahı"dan çıxarıb

2019-02-14 12:59:00

Fins.az-ın məlumatına görə, Federal Vergi Xidməti Rusiya ilə vergi məlumatlarının mübadiləsini aparmayan doqquz dövləti "qara siyahı"dan çıxardıb. Bundan sonra həmin siyahıda böyük vergi güzəştləri edən məşhur offşorların – Men və Hernsi, Sent-Kitsi və Nevis, Monako, Lixtenşteyn, Beliz adaları kimi yurisdiksiyaların, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Seyşel adaları və Uqanda kimi dövlətlərin adları olmayacaq. Hazırda "qara siyahı"da 100 ölkənin və 18 ərazinin adı saxlanılır. Federal Vergi Xidmətinin bu siyahısında olmaq xarici şirkətlərin nəzarətində olan mənfəətlərin Rusiya Federasiyasında vegidən azadolma imkanlarına ciddi təsir göstərir: "qara siyahı"ya daxil olan ərazilərdə fəaliyyət göstərən müəssisələr üçün mənfəətin vergidən azad edilməsi nəzərdə tutulmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır