DÜNYA

Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək
14 FEVRAL
160

Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək

2019-02-14 09:36:00

Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani cümə axşamı Soçidə Suriya probleminin nizamlanması üzrə növbəti üçtərəfli sammiti keçirəcəklər.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Danışıqlar zamanı Suriya Ərəb Respublikasındakı vəziyyətin uzun müddət normallaşdırılması məqsədi ilə gələcəkdə birgə addımların atılmasının nəzərdən keçirilməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.

Liderlər sammit çərçivəsində həmçinin öz aralarında ikitərəfli görüşlər də keçirəcəklər.

Gözlənildiyinə görə, danışıqların əsas mövzuları arasında Suriya konstitusiya komitəsinin formalaşdırılması, İdlibdə və Suriyanın şimal-şərqindəki kürd ərazilərində vəziyyət, həmçinin Amerika qoşunlarının ərəb respublikasından çıxarılmasının planlaşdırılması və digər problemlər var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257