DÜNYA

Şimali Makedoniya 2020-ci ilin yazınadək NATO üzvü ola bilər
13 FEVRAL
119

Şimali Makedoniya 2020-ci ilin yazınadək NATO üzvü ola bilər

2019-02-13 15:16:00

Şimali Makedoniya 2020-ci ilin yazınadək NATO-nun tam hüquqlu üzvü ola biləcək, hərçənd qarşı tərəf bu məsələni mümkün qədər tezləşdirməyə çalışacaq.

Fins.az xəbər verir ki, bunu NATO-nun adının çəkilməsini istəməyən yüksək rütbəli nümayəndəsi Brüsseldə keçirilən brifinq zamanı bildirib.

“NATO-nun bütün üzv ölkələri tərəfindən Makedoniyanın qoşulması barədə protokolun ratifikasiyasının 12 ay vaxt aparacağını gözləyirik. Yəni həmin ölkə gələn yaza qədər təşkilatın üzvü ola bilər”, – mənbə qeyd edib.

Xatırladaq ki, ötən gün Makedoniyanın (“Keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası”) Şimali Makedoniya Respublikası adı daşıyacağı barədə 12 iyun 2018-ci il tarixli Prespa sazişi rəsmi qüvvəyə minib. Beləliklə, ölkənin beynəlxalq təşkilatlara Yunanıstanın etirazı ilə üzləşmədən daxil olmasına yol açılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263