DÜNYA

Bu ölkə mart ayında neft hasilatını gündə 9,8 mln. barelə qədər azaldacaq
13 FEVRAL
92

Bu ölkə mart ayında neft hasilatını gündə 9,8 mln. barelə qədər azaldacaq

2019-02-13 10:40:00

Səudiyyə Ərəbistanı OPEC + razılaşması çərçivəsində mart ayından etibarən  gündə 9,8 milyon barel neft çıxarmaq niyyətindədir. Banker.az xəbər verir ki, bu barədə Financial Times-a müsahibəsində ölkənin enerji naziri Xəlid Əl-Falih bildirib.

Bu vəziyyətdə, krallıq mart ayında ixracatı gündə 8,2 milyon bareldən 6.9 milyon barelə qədər azaldacaq.

Bu məlumatlar fonunda Brent xam neftinin qiyməti qalxıb. Brent markalı fyuçerslərin qiyməti 2,11% artaraq 62,81 dollar çatmışdır.

“Vesti.Ekonomika” nin məlumatına görə, dekabrın əvvəlində OPEK və Rusiya da daxil olmaqla digər neft istehsalçıları, neft qiymətlərini dəstəkləmək məqsədilə yanvar ayından etibarən neft ixracatını gündə 1,2 milyon barelə qədər azaldılması üzrə razılığa gəliblər.

OPEC + razılaşmasına əsasən, Səudiyyə üçün istehsalın hədəf səviyyəsi gündə 10.311 milyon barel təşkil edir.

Mart ayında Səudiyyə Ərəbistanında neft istehsalı noyabr ayı səviyyəsindən aşağı, günə 1,2 milyon barel olacaq.

Falih ayrıca, OPEK-ə antimonopoliya iddialarına məruz qalan ABŞ qanun layihəsini də şərh etmişdir. Səudiyyə nazirinin sözlərinə görə, qanun layihəsi qlobal iqtisadiyyata zərər verə bilər.

“Səudiyyə Ərəbistanı bazarda tarazlığı bərpa etmək üçün neft istehsalını sürətlə artırmaq və ya azaltmaq qabiliyyətini itirdiyi təqdirdə dünya “bərpası mümkün olmayan” zərər çəkəcək”, – Falih vurğulayıb. O, ABŞ-ın “doğru qərar verəcəyinə” ümid etdiyini bildirib.

ABŞ Hökumətinin Məhkəmə Komitəsi ötən həftə NOPEC (No Oil Production and Exporting Cartels Act) qanununu təsdiqləyib. Bu, ABŞ məhkəmələrinin neft bazarında OPEK ölkələrinə və digər kartellərə qarşı antimonopoliya iddialarını nəzərdən keçirmək səlahiyyətinə malik olduğunu göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259