DÜNYA

Bu ölkədə bütün hava limanları bağlanıb
13 FEVRAL
151

Bu ölkədə bütün hava limanları bağlanıb

2019-02-13 09:42:00

Belçikanın hava məkanında təyyarələrin hərəkətinə cavabdeh olan "Skeyes" şirkəti ümumi tətillə əlaqədar olaraq ölkənin bütün hava limanlarının bağlandığını elan edib.

Bildirilir ki, məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 22:00-da qüvvəyə minib və çərşənbə günü saat 22:00-dək qüvvədə olacaq. Belçikanın hava məkanının bağlanmasına ölkədəki ümumi tətil səbəb olub. Tətildə həmçinin hava limanlarının da əməkdaşları iştirak edirlər.

Tətildə iştirakı həmçinin müşayiətçi xidmətlərin nümayəndələri - dispetçerlər, xilasedici briqadaları və aeroportlara xidmət edən polis də elan edib.

Daha əvvəl Belçikada silahlı hücum nəticəsində Türkiyə vətəndaşları yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262