DÜNYA

“McKinsey Global Institute”-dan əmtəə dövriyyəsiylə bağlı açıqlama
12 FEVRAL
97

“McKinsey Global Institute”-dan əmtəə dövriyyəsiylə bağlı açıqlama

2019-02-12 21:40:00

Fins.az-ın məlumatına görə, “McKinsey Global Institute” ekspertlərinin apardığı tədqiqat nəticəsində məlum olub ki, iqtisadiyyatın az qala bütün sahələrində qlobal ticarətin intensivliyi, yəni ixrac üçün istehsal edilən əmtəənin payı azalmaqdadır. Bu göstərici 2007-ci ildə 28,1 faiz, 2017-ci ildə isə cəmi 22,5 faiz olub. Ticarətin artım sürəti də azalıb: 1990-2007-ci illərdə bu artım dünya üzrə ÜDM-in artımından 2,1 dəfə sürətli olduğu halda 2011-ci ildə cəmi 1,1 dəfə sürətli olub. Satılan malların nisbi payı yüksək olan ən mürəkkəb sahələrdə ticarətin intensivliyi daha sürətlə azalır. Xidmətlərin və informasiya axınlarının rolu getdikcə artır. Lakin pullu xidmət sahələrində yaradılan əlavə dəyəri ənənəvi statistik üsullarla ölçmək çətindir. Rəsmi məlumatlara görə, xidmətlərin payına düşən dövriyyənin həcmi 5,1 trilyon dollar olduğu halda malların payına düşən dövriyyə həcmi 17,3 trilyon dollara bərabərdir. Lakin şirkətin ekspertlərinin hesablamalarına görə xidmətlərin payı daha yüksəkdir. Məsələ burasındadır ki, transmilli şirkətlərin bölmələri arasında göstərilən xidmətlər, habelə pulsuz rəqəmsal xidmətlər tam həcmdə hesaba alınmır. Bundan əlavə, bəzi sektorlarda, o cümlədən informasiya-telekommunikasiya, biznes xidmətləri və intellektual mülkiyyət sahələrində dövriyyə əmtəə satışı ilə müqayisədə 2,3 dəfə sürətlə baş verir. 2017-ci ildə xidmətlər üzrə artım 3,9 faiz, mallar üzrə artım isə cəmi 2,4 faiz olub. Gələcəkdə əmtəə və xidmətlər arasında həddin aradan qalxması davam edəcək, əməktutumlu istehsalatlar kapitaltutumlu istehsalatlarla əvəz ediləcək. Elmi-tədqiqat və təcrübi konstruktor işləri, habelə qeyri-maddi aktivlər üçün xərclər 2000-ci ildəki 5,4 faizə qarşı 2016-cı ildə 13,1 faiz təşkil edib. Maşınqayırmada bu xərclər 36 faiz, əczaçılıq sahəsində isə 80 faiz olub. Onu da qeyd edək ki, əməkhaqqının aşağı olması səbəbindən yaranan qiymət arbitrajı, yəni daha ucuz malların alınması əmtəə dövriyyəsinin cəmi 18 faizini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9295
  • ₽ RUB
    0.0259