DÜNYA

Rusiyada fövqəladə vəziyyət elan olundu
13 FEVRAL
1169

Rusiyada fövqəladə vəziyyət elan olundu

2019-02-13 18:18:00

Yeni Torpaq arxipelaqında ağ ayıların yaşayış məntəqələrinə hücumu kütləvi hal alıb.

Fins.az-ın məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar arxipelaqda fövqəladə vəziyyət rejimi qüvvəyə minib.

Arxipelaqın qəsəbələri yaxınlığında əvvəllər ağ ayıların sayı 10-dan çox olmadığı halda, indi yaxın çevrədə 52 yırtıcı qeydə alınıb.  Ayılar özlərini olduqca aqressiv aparır, evlərə və xidməti binalara daxil olurlar.

Yaşayış məntəqələrində yırtıcıları gur səs və işıqlar, həmçinin, it və avtomobillərin köməyi ilə qovan patrullar təyin olunub.

Ağ ayılar “qırmızı kitaba” düşdüyündən onlara atəş açılması və öldürülməsi qadağan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259