DÜNYA

Mey Böyük Britaniya parlamentindən Aİ ilə danışıqlar üçün əlavə vaxt istəyəcək
12 FEVRAL
138

Mey Böyük Britaniya parlamentindən Aİ ilə danışıqlar üçün əlavə vaxt istəyəcək

2019-02-12 09:49:00

Böyük Britaniyanın baş naziri Tereza Mey çıxışı zamanı deputatlardan Brüsseldən "Brexit" üzrə dəyişikliklərə nail olunması üçün daha bir neçə həftə əlavə vaxt istəyəcək.

Fins.az-ın məlumatına görə, bunu, demək olar ki, Böyük Britaniyanın bütün qəzetləri bildirir. Məlumata əsasən, Mey bu məsələ üzrə səsverməni fevralın 17-ə keçirmək istəyir.

Qeyd edək ki, Aİ ilə razılaşma üzrə Britaniya parlamentinin səsverməsi 14 fevral tarixinə planlaşdırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262