DÜNYA

Bu ölkəni hər il 50 min vətəndaş tərk edir
12 FEVRAL
203

Bu ölkəni hər il 50 min vətəndaş tərk edir

2019-02-12 09:44:00

Fins.az-ın məlumatına görə, hər il 50 minədək bolqar öz vətənlərini tərk edərək digər ölkələrə üz tuturlar.Bu barədə “Podkrepa” Əmək Konfederasiyasının sədri Konstantin Trençev təşkilatın 10-cu konqresində bildirib. O deyib ki, Bolqarıstanda doğum sayı 1995-ci ildəki 175 mindən 2018-ci ildə 65 min nəfərə enib. Hər il 110 min nəfər Bolqarıstan vətəndaşı vəfat edir. BMT-nin məlumatına əsasən, Bolqarıstan əhalisi 7 milyon nəfərdən azdır. Ölkənin hər üçüncü vətəndaşı hesabların ödənilməsində çətinlik çəkir.

Avrostatın məlumatına əsasən 2070-ci ildə Bolqarıstanın əhalisi 4,9 milyon nəfərədək azalacaq. Bunun əsas səbəbləri kimi miqrasiya, yüksək ölüm və aşağı doğum səviyyəsi göstərilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262