DÜNYA

Tereza Mey yenə də çətin vəziyyətə düşüb
10 FEVRAL
221

Tereza Mey yenə də çətin vəziyyətə düşüb

2019-02-10 20:51:00

Fins.az-ın məlumatına görə, Brexit -ə 47 gün qalmış Britaniya hökuməti qanunvercilərdən baş nazir Tereza Meyə Avropa İttifaqı ilə razılığın dəyişdirilməsi üçün əlavə vaxt verilməsini tələb edib. İcmalar katibi Ceyms Brokenşayr isə parlamentin Meyin Brexit planını fevralın 27-dək debatlara çıxarılcağını deyib. Britaniya Avropa İttifaqından martın 29-dan etibarən çıxmalıdır. Parlamentin Meyin planını qəbul etməməsi baş naziri Aİ-dan dəyişikliklər edilməsini tələb etməyə vadar edib. İttifaqın liderləri isə deyir ki, son an dəyişiklikləri qanuna görə edilə bilməz. Britanıyanın müqaviləsiz qurumu tərk etməsi bizneslər və insanların həyatına mənfi təsiri ola bilər. Britaniya bizneslərini Birtaniyanın ən böyük ticarət tərəfdaşı Aİ ilə limanlar, tariflər, gömrük hesabları və digər baryerlərin dalana dirəcəyi qorxudur Avstriyanın xarici işlər naziri Karin Kbessi BBC-yə bildirib ki, "nizamsız çıxış" çox güman ki, yeganə variant ola bilər. Hökumətin opponetləri Meyin qəsdən zaman itirdiyini deyərək, bunun parlamenti razılıq və ya qeyri-qazılıq kimi son az seçimi qarşısında qoya biləcəyinə dair xəbərdarlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271