DÜNYA

Almaniya sakini lotereyada 63,2 milyon avro udub
10 FEVRAL
176

Almaniya sakini lotereyada 63,2 milyon avro udub

2019-02-10 12:07:00

Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini "Eurojackpot" lotereyasında 63,2 milyon avro udub.

Fins.az xəbər verir ki, bu barədə lotereya şirkəti məlumat yayıb.

Qalibin kim olması barədə ətraflı məlumat verilmir. Yalnız məlumdur ki, onun lotereyasının, beş əsas rəqəmi 5, 8, 21, 24, 26, həmçinin iki əlavə - 4 və 5-dir.

"Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər cümə günləri Helsinkidə elan olunur.

Daha əvvəl Kanadanın "49-dan 6-ı" milli lotereyasında 16 milyon Kanada dolları (12 milyon ABŞ dolları) qazanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263