DÜNYA

Avropa İttifaqı və Rusiya arasında hesablaşmalarla bağlı yeni qərar
09 FEVRAL
201

Avropa İttifaqı və Rusiya arasında hesablaşmalarla bağlı yeni qərar

2019-02-09 18:06:00

Fins.az-ın məlumatına görə, Avropa İttifaqı və Rusiya hesablaşmaları avro ilə aparmaq barədə razılığa gələ bilərlər. Rusiya xarici işlər nazirinin müavini Aleksey Pankin bildirib ki, Avropa İttifaqı hesablaşmaların avro ilə aparılması məsələsini məqsədəuyğun sayır. Moskva da bu məsələni müzakirə edir. Onun sözlərinə görə, Avropa İttifaqının bu il neft və qaz idxalında avro ilə hesablaşmalar aparacağı hələlik sual altındadır. Çünki Rusiyanın Avropa İttifaqı ilə münasibətləri qənaətbəxş deyil. Avropa Komissiyası iqtisadiyyatın strateji sahələrində Rusiya ilə hesablaşmaların avro ilə aparılmasına dair məsləhətləşmələrə artıq başlayıb. Energetika sahəsində sövdələşmələrdə avrodan istifadə olunması ilə bağlı məsləhətləşmələrin nəticələri bu ilin yayında məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262